AZƏRBAYCANDA DUMANLI HAVA ŞƏRAİTİ MARTIN 14-DƏK DAVAM EDƏCƏK

0

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Astara, Naftalan, Şəmkir, Şabran, Bərdə, Yexlax, Zərdab, Beyləqan, İmişli, Sabirabad və Ağdamda duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT rəsmisi: COP29-un nəticələrinin icrası üçün əməkdaşlığın genişləndirilməsi vacibdir

COP29-un nəticələrinin icrası üçün beynəlxalq əməkdaşlığın genişlənməsi vacibdir. Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) BMT-də daimi müşahidəçisi səfir Hamid Ajibaiye “Report”un...

Bağla