AZƏRBAYCAN DƏMƏŞQDƏ SURİYALI YETİM UŞAQLAR ÜÇÜN İFTAR SÜFRƏSİ AÇIB

0

Azərbaycanın Dəməşqdəki səfirliyi Suriyanın paytaxtı Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar proqramı təşkil edib. 3 gün ərzində keçiriləcək proqramda 1000 kimsəsiz uşağa iftar yeməyi veriləcək.

Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovun iştirakı ilə paytaxtın Məzzə məhəlləsində 500 kimsəsiz uşaq üçün iftar süfrəsi açılıb.

“Biz Suriya-Azərbaycan əlaqələrinin inkişafı məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq səfirliyin fəaliyyətinə başlamışıq”, – deyə Şahhüseynov iftar proqramında jurnalistlərə bildirib.

2012-ci ildə Suriyada baş verən hadisələrə görə səfirlik fəaliyyətini dayandırdıqlarını bildirən Şahhüseynov “Azərbaycan olaraq Suriyada fəaliyyətə yenidən başlamaq üçün işlərə başladıq. Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşdən sonra Azərbaycan olaraq 200 ton ərzaq yardımı etdik” – deyə Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili bildirib.

Azərbaycanın Dəməşqdəki səfirliyinin Suriyada fəaliyyətini davam etdirdiyini deyən Şahhüseynov “Azərbaycan səfirliyi olaraq 3 gün ərzində 1000 kimsəsiz uşaq üçün iftar süfrəsi açacağıq” dedi.

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ TERRORÇULARA ÇAĞIRIŞ EDİB

Terrorçular üçün ən optimal yol təslim olmaq və silahı yerə qoymaqdır. “Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz...

Bağla