“Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində xoş xəbər almağa ümid edirik”

0

Azərbaycan və Ermənistanın sülh prosesi çərçivəsində göstərdiyi səmimi səyləri yaxından izləyirik, ən qısa zamanda xoş xəbər almağa ümid edirik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

“Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb. İndi bu coğrafiyada sülh küləkləri əsir. Arzumuz odur ki, prosesə mane olmağa çalışanlara fürsət verilməmiş xoş xəbərlər alınsın. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”, – Ərdoğan qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DQİDK sədri ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin nümayəndə heyəti ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 28-də ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb....

Bağla