Azərbaycan pilotları “Anadolu Qartalı – 2025” beynəlxalq təlimində uçuşlar həyata keçirib

0

Azərbaycan pilotları Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2025” beynəlxalq təlimində uçuşlar həyata keçirib.

“Report”un Konyaya ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan pilotlarının uçuşu maraqla qarşılanıb.

Qeyd edək ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edir.

Bundan başqa, Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində təlimi izləyir. Məqsəd ssenaridə, real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaqdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə rəsmisi: “Zəngəzur dəhlizinin açılmasına böyük önəm veririk”

Türkiyə Zəngəzur dəhlizinin açılmasına böyük önəm verir. "Report"un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu Türkiyə Ticarət Palataları və...

Bağla