AZƏRBAYCAN PREZİDENTİ TÜRKİYƏLİ HƏMKARINI TƏBRİK EDİB

0

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Bu barədə Azərbaycan dövlət başçısının “X”dəki rəsmi səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir:

“Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN XİN: PKK-NIN LƏĞVİ İLƏ BAĞLI ELANI ALQIŞLAYIRIQ

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb BU barədə qurumun X hesabında paylaşım edilib....

Bağla