AZƏRBAYCAN TRAMPIN QƏZZA İLƏ BAĞLI SÜLH PLANINI ALQIŞLAYIR

0

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində münaqişəyə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayıb.

“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Paylaşımda qeyd edilib:

“Biz ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayırıq.

Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir.

Əsirlər və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması etimadın yaradılması və gərginliyin azaldılması yolu ilə uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir.

Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli həllin əsasını təşkil edən uzunmüddətli nizamlanmaya nail olmaq olar”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN ƏHALİYƏ GÖZLƏNİLƏN HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR MÜRACİƏT EDİB

Milli Hidrometeorologiya Xidmətindən bildirildiyi kimi, bu gün axşamdan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclü...

Bağla