Azərbaycan Türkiyədən gətirilən məhsula qoyduğu məhdudiyyəti aradan qaldırıb

0

Türkiyənin “Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxala qoyulan müvəqqəti məhdudiyyəti aradan qaldırıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Agentliyə ətraflı məlumat verilib.

Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının Azərbaycana məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

AQTA-nın qərarı ilə bağlı Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİNDİSTAN HƏRBİ HAVA QÜVVƏLƏRİ DÖRD MƏSCİDƏ HÜCUM EDİB

Hindistan Hərbi Hava Qüvvələri gecə hücumu zamanı Pakistanda mülki infrastruktura, o cümlədən dörd məscidə zərbələr endirib Bunu Paksitan Ordusunun ictimaiyyətlə...

Bağla