AZƏRBAYCAN TÜRKİYƏNİN COP31-Ə EV SAHİBLİYİ NAMİZƏDLİYİNİ ALQIŞLAYIR

0

Azərbaycan qardaş Türkiyənin 2026-cı ildə COP31-ə ev sahibliyi üçün namizədliyini irəli sürməsini böyük məmnuniyyətlə alqışlayır.

“Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev İzmir şəhərində keçirilən Azərbaycan–Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.

O xatırladıb ki, Türkiyənin iqlim gündəliyinə verdiyi töhfələr, qəbul etdiyi mühüm qərarlar və regional liderliyi bu məsuliyyətli rolu uğurla həyata keçirə biləcəyinə olan inamı artırır.

“COP29 sədrliyi olaraq biz bu yolda Türkiyəyə uğurlar arzulayırıq”, – deyə M. Babayev vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏFQANISTANDA BAŞ VERƏN FACİƏNİN QURBANLARI YAD OLUNDU

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Birinci müavini Müfti Salman Musayev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib. ​Əfqanıstanın ölkəmizdəki Müvəqqəti işlər...

Bağla