Türkiyədə “IDEF 2025” sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.
Bu barədə Türkiyənin Milli müdafiə Nazirliyindən bildirilib.
Görüş çərçivəsində tərəflər “Qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Anlaşma Memorandumu”nu imzalayıblar.