Azərbaycan və Türkiyənin energetika nazirləri İğdır-Naxçıvan qaz kəmərinin açılışına qatılacaq

0

Azərbaycan və Türkiyənin energetika nazirləri Pərviz Şahbazov və Alparslan Bayraktar İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyənin İğdır şəhərində səfərdədirlər.

Bu barədə A.Bayraktar “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə biz İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak üçün sərhəd yaxınlığındakı İğdır şəhərindəyik ”, – paylaşımda qeyd olunub.

A.Bayraktar vurğulayıb ki, səfər şəhərin valisi Erkan Turanın ofisini ziyarətlə başlayıb: “Biz bu strateji layihədə şəhərimizin rolunu, eləcə də İğdırın enerji ehtiyaclarını müzakirə etdik”.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz boru kəmərinin İğdırdan Naxçıvan Muxtar respublikasının Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündəlik 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın təbii qaza tələbatı tamamilə ödəniləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV ANKARAYA İŞGÜZAR SƏFƏR EDİB

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib. "Report"un Ankaraya ezam...

Bağla