AZƏRBAYCAN XALQINA BİR DAHA TƏŞƏKKÜRÜMÜ BİLDİRMƏK İSTƏYİRƏM

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərdiyi köməyə görə Azərbaycana bir daha təşəkkür edib.

Türkiyə lideri bunu Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə çıxışı zamanı bildirib.

“Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycan məhəlləsinin açılışını etdik. Fəlakətin ilk günündən ölkəmizə yardım əlini uzadan Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm”, – Ərdoğan deyib.

Xatırladaq ki, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜNDƏN AZƏRBAYCANDA QOHUM EVLİLİYİ QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə...

Bağla