AZƏRBAYCANDA 22 DƏRƏCƏ İSTİ OLACAQ

0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMİN MƏMMƏDOV TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 11-də Türkiyənin İğdır və Qars şəhərlərinə səfər edəcək. Bu barədə...

Bağla