“AZƏRBAYCANDA BÜTÜN DİNLƏRƏ MƏNSUB İNSANLAR RAHAT YAŞAYIRLAR”

0

Azərbaycanda bütün dinlərə mənsub insanlar rahat yaşayırlar. Burada tarixən multikultural mühit mövcud olub. Tolerantlıq Azərbaycan xalqının yaşam tərzidir. Dini bayramlarda bir dinin nümayəndələri başqa dinlərə mənsub insanların ibadət yerlərində olurlar, xoş günlərini paylaşırlar.

Məlumata görə, bu fikirlər X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən görüşdə səsləndirilib.

QMİ sədrinin birinci müavini Salman Musayev, müavinləri Fuad Nurullayev, Qəmərxanım Cavadlı, İdarənin aparat rəhbəri Simran Həsənli qonaqlara Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan nadir ölkələrdəndir ki, burada məzhəb ayrı-seçkiliyi yoxdur. Bütün məscidlərdə eyni vaxtda azan verilir, vəhdət namazı qılınır. Ölkəmizdə “Dini etiqad azadlığı haqqında” Qanun var. Hər kəsin dini etiqad azadlığı dövlət tərəfindən qorunur. Dinlərarası münasibətlərdə böhran yaşayan, islamofobiya, antisemitizm kimi halların artdığı bir zamanda dövlətimiz xüsusi tarixi, mənəvi əhəmiyyəti olan müxtəlif dini ibadətgahların bərpasına və inşasına diqqət ayırır. Dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir.

/Azərtac/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ RƏSMİLƏRİLƏ GÖRÜŞƏCƏK

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının XXI sessiyasında...

Bağla