Azərbaycanın dini azadlığa sadiqliyi regional sabitlik üçün nümunədir

0

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Yuta Senatının prezidenti Stüart Adams, “Stirling” Fondunun rəhbərliyi və Yuta ştatından olan yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında paylaşım edilib.

Görüşdə Ceyhun Bayramov “Stirling” Fonduna Azərbaycanla uzunmüddətli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Nazir Azərbaycanın əsrlər boyu mədəniyyətlər və dinlər arasında sülh şəraitində birgəyaşayış təcrübəsini vurğulayaraq ölkənin dini azadlığa və dialoqa sadiqliyinin regional sabitlik üçün nümunə olduğunu qeyd edib.

Ceyhun Bayramov həmçinin “Stirling” Fondunun Azərbaycanın azad edilmiş ərazilərində humanitar minatəmizləmə sahəsində fəal iştirakını yüksək qiymətləndirib. O bildirib ki, bu dəstək yalnız insan həyatını xilas etmir, həm də beynəlxalq münasibətlərdə əməkdaşlığı və qarşılıqlı anlayışı dərinləşdirir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq

Avqustun səkkizində Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının...

Bağla