“Azərbaycanın ev sahibliyi etdiyi Zirvə toplantısı Türk dünyasının gələcəyini gücləndirən görüşdür”

0

Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısı Türk dünyasının birlik, sabitlik və ortaq gələcəyini gücləndirən tarixi bir görüşdür.

“Report” xəbər verir ki, bunu TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair “X” hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, qardaşlıqdan doğan bu birlik regional sülh və qlobal nizam üçün davamlı güc mənbəyidir.

B.Yıldırım, həmçinin qonaqpərvərlik üçün Azərbaycan liderinə təşəkkür edib.

Qeyd edək ki, B.Yıldırım TDT-nin XII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək

Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. "Report" xatırladır ki, oktyabrın 6-7-də baş tutacaq...

Bağla