Azərbaycanın Su-25 təyyarələrinin qatıldığı “Anadolu Ankası-2025” beynəlxalq təlimi başlayıb

0

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən “Anatolian Phoenix – 2025” (“Anadolu Ankası – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə təlim iştirakçıları Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) “Türk Yıldızları” aviaqrupunun təqdimatında nümunəvi uçuşları izləyiblər.

Sonra təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, cari ilin may ayının 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Zakir Həsənov: Azərbaycan-Türkiyə hərbi qulluqçularının birgə təlimlərinin sayı artıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görüşüb....

Bağla