Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi sahəsində sənədlər imzalanıb

0

Türkiyədə “IDEF 2025” sərgisi çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Azərsilah Holdinq” və Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Azərsilah Holdinq” və “Miraslı Holdinq” şirkəti ilə ilə Türkiyənin müxtəlif şirkətləri arasında imzalanmış müxtəlif sazişlərin, anlaşma memorandumlarının və niyyət məktublarının mübadiləsi mərasimi keçirilib.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

“Biz daim və hər şəraitdə Azərbaycan dövlətinin və xalqının yanında olmağa, “İki dövlət, bir millət” şüarı ilə birlikdə istehsal etrməyə, birlikdə inkişaf etməyə davam edirik. Bu sənədlərin ölkəmiz və qardaş Azərbaycanımız üçün faydalı olacağına ümid edir və bütün iştirakçılara öz təşəkkürümüzü bildiririk”,- məlumatda bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə arasında  “Qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb

Türkiyədə “IDEF 2025” sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb. Bu barədə Türkiyənin Milli müdafiə...

Bağla