Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər

0

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri Heydər Əliyev-2026 təlimində iştirak etmək üçün Türkiyəyə səfər ediblər.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X”dəki hesabında məlumat yayılıb.

“14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı ilə keçiriləcək Heydər Əliyev-2026 təliminə qatılacaq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri ölkəmizə gəlib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Umid körpüsündə azərbaycanlı hərbçiləri qarşılayıb və bayraq mübadiləsi mərasimi icra edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ankarada Yaxın Şərqdəki vəziyyət müzakirə olunub

Ankarada Yaxın Şərqdəki proseslər və onların bölgə ölkələrinə təsirləri barədə fikir mübadiləsi aparılıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Böyük...

Bağla