BƏZI RAYONLARDA YAĞINTILI VƏ KÜLƏKLI HAVA DAVAM EDIR

0

Azərbaycanın bəzi rayonlarında iyunun 23-ü saat 11:00-a olan məlumata əsasən yağıntılı və küləkli hava davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 30, Zaqatalada 9, Kişçayda (Şəki) 8, Balakəndə 5, Astara, Tovuz və Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Oğuz, Qəbələ, Quba, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Şahbuz, Daşkəsən, Gədəbəy, Lənkəran, Göygöl, Şəmkir, Gəncə, Tərtər, Naftalan, Xaltan və Xınalıqda 1 mm-dir.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Naftalanda 18 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin 24-ü axşamadək davam edəcəyi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Hörmüz boğazına alternativ olaraq “Orta Dəhliz”də işlərini gücləndirir

Türkiyə Fars körfəzi ölkələrindən neft və qaz ixracı üçün əsas nəqliyyat arteriyası olan Hörmüz boğazının mümkün bağlanması risklərini minimuma endirmək...

Bağla