Bəzi yerlərdə yağıntı intensivləşəcək XƏBƏRDARLIQ

0

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 4-ü gündüzdən 5-i səhərədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Şirvan, Sabirabad, Hacıqabul, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bundan başqa Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq martın 4-ü günün ikinci yarısı 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə müdafiə sənayesi əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi səfərdədir. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən...

Bağla