BƏZİ ƏRAZİLƏRDƏ LEYSAN YAĞIB, ŞİMŞƏK ÇAXIB

0

Ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 54, Sarıbaşda (Qax) 20, Qubada 13, Şabranda 12, Qusarda 11, Lənkəranda 8, Astara, Yardımlı, Bərdə, Cəlilabad, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Şəki,Tovuz, Oğuz, Qrız, Yevlax və Zərdabda 4 mm-dək qeydə alınıb.

Yağan intensiv yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyənin daxili işlər naziri müxalifətə aksiyalarla bağlı xəbərdarlıq edib

İctimai asayişin və millətimizin əmin-amanlığının pozulmasına, xalqın küçələrə çağırılmasına əsla icazə verməyəcəyik. "Report" xəbər verir ki, bunu Türkiyənin daxili işlər...

Bağla