BƏZİ ƏRAZİLƏRDƏ YAĞINTILI HAVA ŞƏRAİTİ DAVAM EDİB

0

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lerikdə 13, Lənkəranda 6, Astarada 4, Balakən, Zaqatala, Yardımlı, Şəkidə(Kişçay) 3, Qəbələ, Cəlilabad, Qubada 2, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir,Tovuz, Oğuz, Şamaxı, Altıağac, Qusar, Göyçay, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Yevlax, Göyçay, Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Sarıbaş(Qax), Kişçay(Şəki), Şamaxı, Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TDT regionun aparıcı təşkilatlarından birinə çevrilmək potensialına malikdir”

Qlobal qeyri-sabitlik şəraitində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir. "Report"un məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin...

Bağla