BƏZİ AVROPA DÖVLƏTLƏRİ FƏLƏSTİNİN MÜSTƏQİLLİYİNİ TANIYIBLAR

0

Fransa Prezidenti Emmanuel Makron rəsmi Parisin Fələstini dövlət kimi tanıdığını açıqlayıb.

“Report” xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Fələstin məsələsi ilə bağlı keçirilən konfransda çıxış edən Fransa lideri bildirib:

“Mən bu gün Fransanın Fələstin Dövlətini tanıdığını bəyan edirəm”.

Həmçinin Belçika Krallığı da Fələstinin müstəqilliyini tanıyıb.

Bu barədə Krallığın Baş naziri Bart de Vever BMT Baş Assambleyasının sessiyası çərçivəsində bildirib.

“Belçika həmişə iki dövlətli həll yolunu müdafiə edib və bu gün Nyu-York Bəyannaməsini imzalayanlara qoşulub. Yalnız belə bir həll İsrail və Fələstin xalqlarına sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamağa imkan verəcək. Baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail siyasətçilərinin Fələstin Dövlətinin olmayacağı ilə bağlı son açıqlamaları bu məsələdə fələstinliləri dəstəkləmək üçün əlavə səbəblərdir.

Ona görə də Belçika bu gün BMT Baş Assambleyasının sessiyası çərçivəsində Fələstin Dövlətini tanıdığını elan edən ölkələr qrupuna qoşulmaqla dünyaya güclü siyasi siqnal göndərir”, – Baş nazir qeyd edib.

Fransa və Belçika ilə yanaşı, Lüksemburq, Malta, Andorra və Monako da Fələstini rəsmi olaraq tanıdıqlarını elan ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İsrailin Qəzzaya endirdiyi yeni zərbələr nəticəsində 37 nəfər ölüb

İsrailin yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində çərşənbə axşamı Qəzza zolağında azı 37 nəfər həlak olub. "Report" xəbər verir ki, bu...

Bağla