BƏZİ ÇAYLARDA SULULUQ ARTIB

0

Bəzi çaylarda sululuq artıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçay və Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 5 sm, Quruçayda 4 sm, Zabuxçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 9 sm, Kür-Şirvanda 4 sm, Kür-Bankədə isə 2 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 547 m3/san olmaqla normanın 73%-ni təşkil edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv və...

Bağla