BƏZİ RAYONLARA LEYSAN YAĞIB, GÜCLÜ KÜLƏK ƏSİB

0

Saat 10:00-a olan məlumata görə əksər rayonlaarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Ağstafada 9, Şahdağda 6, Tovuzda 3, Qubada 2, Ceyrançöl, Gədəbəy, Daşkəsəndə 1 mm-dir.

Qeyd olunub ki, ötən gün axşam saatlarında bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Ağstafada 25, Şəmkir və Tovuzda 20 m/s dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda 32 dərəcəyədək isti qeydə alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Gündüz İsmayılov: İlin sonuna qədər məscidlərdə kitabxana layihəsi tam başa çatdırılacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 250 məsciddə mini kitabxana yaradılıb. "Report"un Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki,...

Bağla