BƏZİ RAYONLARA YAĞIŞ VƏ QAR YAĞACAQ

0

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə XİN: Suriyadakı silahlı qrupların yeni orduya inteqrasiyası işlərinə başlanılıb

Suriyanın cənubundakı silahlı qrupların yeni orduya inteqrasiyası istiqamətində işlərə başlanılıb. "Report" xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyindəki (XİN)...

Bağla