BƏZİ RAYONLARDA ARABİR YAĞIŞ YAĞIR, ŞİMŞƏK ÇAXIR

0

Səhər saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağır, şimşək çaxır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin səhər saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağır, şimşək çaxır.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 2, Qax və Balakəndə 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Daşkəsən və Naftalanda 28, Şahbuzda 26, Mingəçevirdə 25, Goranboyda 23, Yardımlıda 20, Gəncədə 18, Gədəbəy, Bərdə, Şəki, Ağdam və Oğuzda 16 m/s-dək güclənir.

Sumqayıt, Çilov adası, Daşkəsən, Şəmkir, Şamaxı, Qobustan, Qusar, Xaltan, Zərdab, Göyçay, Yevlax, Beyləqan, Sabirabad və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN KİBERTALAMALARLA BAĞLI ƏHALİYƏ ÇAĞIRIŞ EDİB

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı əhaliyə çağırış edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, dələduzlar sizə zəng edərək, mesaj...

Bağla