BAKIDA 40, RAYONLARDA 41 DƏRƏCƏ İSTİ OLACAQ

0

Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 36-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan Fransa və Böyük Britaniyanın Fəlsətini tanımaq niyyətini alqışlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa və Böyük Britaniyanın Fəlsətini tanımaq niyyətini alqışlayıb. Bu barədə o, qabonlu həmkarı Bris Klotairlə...

Bağla