BAKIDA KÜLƏYİN SÜRƏTİ 28 M/S TƏŞKİL EDİR

0

Azərbaycanda iyunun 3-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək çatır.

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatır.

Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda Fransa kolonializminə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakıda Fransa kolonializminə həsr olunmuş “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. “Report” xəbər verir ki,...

Bağla