Bakıda TDT-nin ailə və sosial siyasət sahələrinə məsul qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir

0

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının açılış mərasimi keçirilir.

“Report” xəbər verir ki, “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusuna həsr olunmuş tədbirdə təşkilata üzv ölkələrin rəsmi nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək tədbirin ilk günündə TDT-yə üzv ölkələrin nümayəndə heyətlərindən ibarət ekspertlərin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” və “Orta Dəhliz 360 dərəcə: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” kimi mövzular müzakirə ediləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN VƏTƏNDAŞLARA KİBERDƏLƏDUZLUQ HALLARI İLƏ BAĞLI ÇAĞIRIŞ EDİR

Daxili İşlər Nazirliyi vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edir. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki,...

Bağla