BAKIDA ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ HƏRBİ PARAD KEÇİRİLƏCƏK

0

Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ MİLLİ MÜDAFİƏ NAZİRLİYİ AZƏRBAYCANI TƏBRİK EDİB

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin Mətbuat və...

Bağla