BİLAL ƏRDOĞAN AZƏRBAYCANDA SƏFƏRDƏDİR

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycanda səfərdədir.

“Report” xəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən qəbulda iştirak üçün Bakıya ötən gün gəlib.

Gülüstan Sarayında keçirilən rəsmi qəbulda jurnalistlərə açıqlama verən B.Ərdoğan Türkiyə Prezidentinin salamlarını gətirdiyini və bugünkü tədbirdə iştirakdan sonra Türkiyəyə qayıdacağını vurğulayıb.

“Azərbaycana Cümhuriyyət bayramımızla əlaqədar gəlmişəm. Tədbirdən sonra geri qayıdacam. Dostluq və qardaşlığımız əbədi olsun. Burada olmaq çox gözəl hissdir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün...

Bağla