BİRİNCİ CÜZÜN XÜLASƏSİ

0

Qurani-Kərimin birinci cüzü İslamın əsas inanc prinsiplərini və əxlaqi dəyərlərini ehtiva edən iki mühüm surəni əhatə edir: Fatiha və Bəqərə. Bu cüz Fatiha surəsi ilə başlayır və Bəqərə surəsinin 141-ci ayəsinə qədər davam edir.

Fatiha surəsi Məkkə dövründə nazil olmuş ilk tam surədir. Yeddi ayədən ibarət olan bu surə “başlanğıc” mənasını verən “Fatiha” adını daşıyır. Fatiha surəsində Allahın birliyi, hakimiyyəti, ibadətin yalnız Ona aid olması və yardımın yalnız Ondan istənilməsi qısa və təsirli şəkildə ifadə olunur. Bu surə həm dua, həm yalvarış, həm də tərif xarakteri daşıyır.

Bəqərə surəsi Mədinə dövründə nazil olmuş və Qurani-Kərimin ən uzun surəsidir. 286 ayədən ibarət olan bu surə adını 67–73-cü ayələrdə keçən “bəqərə” (inək) hekayəsindən alır. Surədə İslam hüququ ilə bağlı bir çox hökmlər yer alır və möminlərin, kafirlərin və münafiqlərin xüsusiyyətləri geniş şəkildə təsvir olunur.

İlk beş ayədə möminlərin sifətləri, altıncı və yeddinci ayələrdə kafirlərin durumu, səkkiz ilə iyirminci ayələr arasında isə münafiqlərin xarakteri izah edilir. 23–24-cü ayələrdə Qurani-Kərim insanlara meydan oxuyaraq onun bənzərini gətirməyə çağırır. Sonrakı ayələrdə cənnət təsvirləri və inkar edənlərin psixoloji maneələri qeyd olunur.

30–39-cu ayələrdə Adəm peyğəmbərin yaradılış hekayəsi yer alır. 40–141-ci ayələrdə isə İsrail oğullarının xəyanətləri, fitnə-fəsadları, həsəd və peyğəmbərlərə qarşı düşmənçilikləri tənqid edilir. 66–73-cü ayələrdə isə inək kəsmə əmrinə qarşı yəhudilərin lağlağı və bəhanəçilikləri təsvir edilir.

85-ci ayədə Tövratın bir hissəsinə inanıb digər hissəsini inkar edən yəhudilər tənqid olunur. 96-cı ayədə onların ölümsüzlük arzusu, 102-ci ayədə isə sehrin yalnız Allahın izni ilə təsirli ola biləcəyi vurğulanır. 106-cı ayədə nəsx (ayələrin hökmünün dəyişdirilməsi) məsələsi izah edilir.

113–118-ci ayələrdə cahil insanların eşitdikləri məlumatlara əsaslanaraq hərəkət etmələri tənqid olunur. 120-ci ayədə yəhudi və xristianların müsəlmanlardan razı olmayacaqları bildirilir. 123–134-cü ayələrdə İbrahim peyğəmbərin və oğlunun Kəbəni inşa etməsi hekayəsi yer alır. 137-ci ayədə isə Peyğəmbərimizin və səhabələrin iman etdiyi kimi iman etməyin doğru olduğu vurğulanır.

Birinci cüz Qurani-Kərimin əsas inanc və əxlaq prinsiplərini, tarixi hekayələri və hüquqi hökmləri ehtiva edən zəngin bir məzmundur.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA YAĞIŞ YAĞACAQ, RAYONLARDA 21 DƏRƏCƏ İSTİ OLACAQ

Bakıda noyabrın 18-də yağış yağacağı, rayonlarda 21 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və...

Bağla