BMT-DƏ KEÇİRİLƏN İCLASDA AZƏRBAYCANIN MİLLİ BƏYANATI SƏSLƏNDİRİLİB

0

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyas çərçivəsində keçirilən Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında milli bəyanatla çıxış edib.

Bu barədə XİN-dən məlumat verilib.

Bəyanatda Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqların təşviqinə yönəlmiş “Bakı Prosesi” və “Peace4Culture” kimi qlobal təşəbbüsləri işıqlandırılıb.

Həmçinin Azərbaycanın COP29 Sədrliyi gündəliyinə dinlərarası dialoq komponentini, o cümlədən Bakıda COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin keçirilməsini necə inteqrasiya etdiyi qeyd olunub.

Nazir müavini həmçinin İKT-yə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirici görüşündə və Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələrin Xarici İşlər Nazirlərinin İllik İclasında iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN XİN ANIM GÜNÜ İLƏ BAĞLI BƏYANAT YAYIB

Azərbaycan Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Bu gün, ölkəmizə qarşı təcavüzə...

Bağla