BMT-NİN BAŞ KATİBİ QURAN AYƏSİNDƏN MİSAL ÇƏKDİ

0

Birləşmiş Millətlə Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş öz çıxışında müqəddəs Quran kitabından nümunə verib. İslamveirfan.com-un xəbərinə görə, BMT rəsmisi Pakistanda keçirilən “Pakistanda əfqan qaçqınların 40-cı ili: həmrəylik üçün yeni əməkdaşlıq” konfransında çıxış edib.

Quterreş çıxışında bildirib ki, Suriyada vətəndaş müharibəsi başlayana qədər Pakistan 20 illik müddətdə dünyanın ən böyük qaçqın əhalisinə ev sahibliyi edib. Baş katib bunun misilsiz bir hadisə olduğunu deyib. Daha sonra baş katib Qurani-Kərimdəki Tövbə surəsinin 6-cı ayəsindən misal çəkib:

“Tövbə surəsində, “Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin-amanlıq içərisində olacağı yerinə (müşriklərin yanına) çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!”. Bu ayət, inanclı və ya inancsız qaçqınları layiq olduqları şəkildə qorumağa çalışan 1951-ci ildə “Qaçqınların Hüquqi Vəziyyəti” barədə müqavilədən əsrlər əvvəl deyilmiş, diqqəti cəlb edici bir tolerantlıq nümunəsidir.” – deyə Antoniu Quterreş çıxışında vurğulayıb.       

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HÜZÜR MƏCLİSİNDƏ İŞTİRAK ETMƏNİN AXİRƏTDƏKİ MÜKAFATI

Bir yaxını vəfat edən və ya hər hansı bir müsibətə düçar olan şəxslərə başsağlığı verməyə getmək, yəni onlara təsəlli verərək...

Bağla