BMT TŞ ÜZVLƏRİNİN FƏLƏSTİNİ DÖVLƏT KİMİ TANIMASI TARİXİ ADDIMDIR

0

BMT Təhlükəsizlik Şurası üzvlərinin Fələstin dövlətini tanıması tarixi addımdır.

“Anadolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığında deyib.

O həmçinin Böyük Britaniyanı Fələstin Dövlətini tanıması qərarı münasibətilə təbrik edib.

Ərdoğan bildirib ki, Fələstinə dəstək qorunmalı və İsraildəki Binyamin Netanyahu hökuməti diplomatik təzyiqdən daha təsirli tədbirlərlə dayandırılmalıdır.

Liderlər həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT-DƏ KEÇİRİLƏN İCLASDA AZƏRBAYCANIN MİLLİ BƏYANATI SƏSLƏNDİRİLİB

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyas çərçivəsində keçirilən Sivilizasiyalar Alyansının Dostları...

Bağla