Azərbaycanda heç vaxt etnik və ya dini müxtəlifliyə əsaslanan, nəinki münaqişələr, hətta anlaşılmazlıqlar belə olmayıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirib.
“Əksinə, bu gün Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin bir ailə kimi yaşadığı multikulturalizm mərkəzlərindən biridir”, – deyə dövlətimizin başçısı vurğulayıb.