CƏBRAYIL ŞƏHƏR MƏSCİDİNİN İLKİN LAYİHƏSİ MƏLUM OLUB

0

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də təməlini qoyduğu Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub.

“Report”un məlumatına görə, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq.

Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək.

İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Mustafa Destici: Böyük Birlik Partiyası Şuşa Bəyannaməsini tam dəstəkləyir

Böyük Birlik Partiyası Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyənnaməsini tam dəstəkləyir. "Report" xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyasının...

Bağla