CƏBRAYILDA AZƏRBAYCAN HƏRBÇİSİ MİNAYA DÜŞƏRƏK ÖLÜB

0

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

“Report”un Cənub bürosunun əldə etdiyi məlumata görə, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.

Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN-dən xəbərdarlıq: Dələduzlar orijinal oxşar dizaynla tələ saytları yaradırlar

Dələduzlar orijinala oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis...

Bağla