“Cənubi Qafqazda sabitliyin təminində ən etibarlı aktor kimi Türkiyənin adı çəkilir”

0

Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında ən etibarlı aktor kimi həmişə Türkiyənin adı çəkilir.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Balıkesir şəhərində hərbçilərlə görüşündə deyib.

O bildirib ki, Türkiyə, həmçinin Afrikada, Qara dəniz regionunda, Yaxın Şərqdə, hətta Avropada da sabitliyin təmin olunmasında mühüm oyunçudur.

Bundan başqa, Y.Gülər Türkiyənin beynəlxalq təhlükəsizlik, sülh və sabitlik üçün bir çox dost və qardaş ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏSMİ BAKININ SURİYA VƏ FƏLƏSTİNLƏ BAĞLI MÖVQEYİ AÇIQLANIB

Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi...

Bağla