DAĞLIQ ƏRAZİLƏRƏ QAR YAĞIR

0

 Aprelin 11-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Lənkəranda 21, Oğuzda 20, Şəki və Zaqatalada 19, Astarada 17, Qəbələdə 13, Şahbuz və Neftçalada 12, Lerik və Balakəndə 11, Göygöldə 10, İsmayıllıda 9, Bakıda və Abşeron yarımadasında eyni zamanda Şamaxıda 8, Kəlbəcər, Laçın, Füzuli, Şuşa, Zəngilan, Xocalı, Gəncə, Daşkəsən, Biləsuvar, Yevlax, Xaltan, Tərtər, Mingəçevir, Göyçay, Cəlilabad, Qobustan, Yardımlı, Sabirabad, Beyləqan, Quba, Ağsu, İmişli, Şirvan, Şəmkir, Ağdam, Naftalan, Gədəbəy, Kürdəmir, Goranboy, Ceyrançöl, Şabran, Tovuz, Culfa, Bərdə və Zərdabda 7 mm-dir.

Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Qusar və Xınalıqda 2, Altıağac, Qax (Sarıbaş), Qrız və Şahdağda 1 sm-dir.

Daşkəsən, Göygöl, Daşkəsən, Qax, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini...

Bağla