DİN SÜRÜCÜ VƏ VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ EDİB

0

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.

Belə xəbərdarlıqla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev çıxış edib.

“Hərəkət zamanı təhlükəsizlik kəməri mütləq bağlanmalıdır, uşaqlar yalnız xüsusi oturacaqda daşınmalıdır, lyukdan, pəncərədən bədən çıxarmaq qadağandır. Sürücü sərnişinin, xüsusilə uşaqların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Qaydalara əməl edin, bir anlıq ehtiyatsızlıq ömürlük peşimanlıq olmasın”, – nazirlik rəsmisi bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha göstərib

Regionda gərginliyin artması (İran və İsrail arasında - red.) təhlükəsiz nəqliyyat marşrutlarının vacibliyini bir daha nümayiş etdirdi. Bunu Türkiyə Prezidenti...

Bağla