Dini azadlıq və dövlətin dini sahəyə göstərdiyi diqqət cəmiyyətdə qarşılıqlı hörmət və tolerantlıq prinsiplərini möhkəmləndirir

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 4-də Hacıqabul şəhərindəki “Cümə”, Xilə “İmam Hüseyn” və “Hacı Yadulla” məscidlərini ziyarət edib.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı Komitə sədri məscidlərin fəaliyyəti ilə tanış olub və din xadimləri ilə görüşlər keçirib.

R.Məmmədov, dini azadlığın və dövlətin dini sahəyə göstərdiyi diqqətin Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və tolerantlıq prinsiplərini möhkəmləndirdiyini qeyd edib.

Komitə sədri dinin mahiyyətinin olduğu kimi təbliğ edilməsində, dinlərarası dialoqun, əməkdaşlığın, vəhdətin, tolerant dəyərlərin təşviqində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Din xadimlərini İslamın sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik ideyalarının, milli birlik ənənələrinin, mənəvi dəyərlərin təbliğində daha fəal iştiak etməyə çağırıb.

Din xadimləri və yerli icma üzvləri dövlətin dini sahəyə göstərdiyi dəstəyi və diqqəti yüksək qiymətləndirdiklərini vurğulayıblar. Azərbaycanda dini maarifləndirmə və gənclərin düzgün tərbiyəsi istiqamətində yeni layihə və proqramların həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TERRORSUZ TÜRKİYƏ KOMİSSİYASININ İLK İCLASI BU GÜN KEÇİRİLƏCƏK

Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində yaradılmış Terrorsuz Türkiyə Komissiyasının ilk iclası bu gün keçiriləcək. "Report"un "Anadolu"ya istinadən məlumatına görə,...

Bağla