DQİDK ŞAMAXIDA TƏDBİR KEÇİRİB

0

Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda tədbir keçirilib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov tədbiri giriş sözü ilə açaraq, son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Şamaxıda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin və layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri uğurlu siyasət nəticəsində Azərbaycanda ictimai-siyasi və dini durum sabitdir.

Çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlərdən danışıb. Vurğulayıb ki, Azərbaycanda dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Səyyad Salahlı dini konfessiyalar arasında tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gəncləri təhsilə, elmə, mənəvi dəyərlərimizə daha da bağlı olmağa çağıran Səyyad Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə də ətraflı məlumat verib. O, dövlət başçısının müvafiq sərəncamları ilə DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından, Dövlət Komitəsinin digər dövlət qurumları ilə birgə respublikamızda həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışıb.

Bildirib ki, dini, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və cəmiyyətdə təbliği istiqamətində mühüm işlər həyata keçirilməkdədir.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gətirilən “Şuşa 270 il” adlı sənədli film nümayiş olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ PA: GÜCÜMÜZ ÖLKƏMİZİ BÜTÜN DÜNYADA SÖZ SAHİBİNƏ ÇEVİRİB

"Gücümüz ölkəmizi bütün dünyada söz sahibinə çevirib”. Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun deyib. O bildirib ki,...

Bağla