Ersin Tatar Azərbaycana səfər edəcək, ona AzTU-nun fəxri doktoru adı veriləcək

0

Şimali Kipr Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfər edəcək.

“Report”un əldə etdiyi məlumata görə, səfər çərçivəsində onun bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur.

Şimali Kipr Prezidentinə eyni zamanda Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.

O, iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin Prezidenti kimi iştirak edəcək.a

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRDƏ YAĞINTILI VƏ KÜLƏKLİ HAVA MÜŞAHİDƏ OLUNUR

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki,...

Bağla