Ersin Tatar: Kipr məsələsində status bərabərsizliyinin aradan qaldırılması vacibdir

0

Kipr məsələsində ədalətli, davamlı və dayanıqlı razılaşma əldə olunacaqsa, status bərabərsizliyinin aradan qaldırılması vacibdir.

Bunu Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Angela Holquinlə görüşünün nəticələrinə dair keçirdiyi mətbuat konfransnda deyib.

E.Tatar adanın cənubundakı dövlətin tanınmış respublika və Avropa Birliyinə üzv olmasının ŞKTR-ə qarşı ədalətsiz davranışın sübutu olduğunu bildirib. O qeyd edib ki, tətbiq edilən embarqo və bir sıra məhdudiyyətlərlə ölkəsində həyat şəraitinin çətinləşdirilməsinə çalışılır.

O, iki tərəfin əməkdaşlığı ilə müxtəlif sahələrdə irəliləyişin əldə olunması və iki xalq arasında münasibətlərin inkişaf etdirilməsinin önəminə diqqət çəkib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan Bakının düşmən işğalından azad olunmasının ildönümünü ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Bakının erməni-bolşevik qüvvələrindən azad olunmasının 107-ci ildönümü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu...

Bağla