Fələstin səfiri Azərbaycana humanitar yardımlara görə təşəkkür edib

0

xFələstinin Azərbaycandakı səfiri Əhməd Metani humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.

Bu barədə diplomat səhiyyə naziri Teymur Musayevlə görüşündə deyib.

Nazir Azərbaycanla Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.

T.Musayev həmçinin Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.

Nazir gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Səfir isə öz növbəsində bildirib ki, iki ölkə arasında tarixi və ənənəvi dostluq münasibətlər mövcuddur: “Azərbaycanla Fələstin arasında münasibətlər həmrəylik, dostluq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində uğurla inkişaf edir”.

Ə.Metani, həmçinin Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduqlarını söyləyib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV ÇİNDƏ RƏCƏB TAYYİB ƏRDOĞANLA GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Çinin Tiencin şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə qardaşlıq...

Bağla