FHN VƏ DİN YANĞIN TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI BİRGƏ ÇAĞIRIŞ EDİB

0

Fövqəladə Hallar (FHN) və Daxili İşlər nazirlikləri (DİN) yanğın təhlükəsizliyi ilə bağlı birgə çağırış ediblər.

DİN-dən verilən məlumatda qeyd olunub ki, ölkə ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə ekoloji təhlükəsizliyin qorunması fonunda Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi və profilaktikası sahəsində fasiləsiz xidmət aparılır.

“Yay mövsümündə havaların isti və quraq keçməsi meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığını nəzərə alaraq hər kəsi təbiətə səfərlər zamanı müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.

Təəssüf ki, aparılan təhlillərin nəticəsində məlum olur ki, meşə massivlərində qeydə alınan yanğınların mütləq əksəriyyəti insan səhlənkarlığı ucbatından baş verir. Tam söndürülməmiş tütün məmulatının təbiətə atılması, yandırılan kol-kos, eləcə də odla ehtiyatsız davranış yanğınlara və yaşıllıqların məhvinə gətirib çıxara bilər.

Gəlin, təbiət qoynunda keçirəcəyimiz istirahətimizi hamılıqla elə təşkil edək ki, özümüzdən sonra ətraf-mühitə bərpası illər tələb edən sağalmaz yaralar vurmayaq, yanğın təhlükəsizliyi qaydalarına əməl edək.

Unutmayaq ki, ekoloji təhlükəsizliyi və meşə massivlərini qorumaq bizim vətəndaş kimi başlıca öhdəliklərimizdən biridir”, – müraciətdə vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Əgər tədbir görülməsə, bu gün qəzzalılar, sabah isə bütün müsəlmanlar öləcək

Dünya Müsəlman Alimləri Birliyinin sədri Prof. Dr. Əli Qaradaği Qəzzada soyqırım davam edərkən baş verənlərə reaksiya verib. Əli Qaradaği sosial...

Bağla