Türk dünyasının gələcəyinin uğurlu inşası keçmişdən gələn bağların gücləndirilməsidir.
“Report” xəbər verir ki, bunu Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim sentyabrın 17-də Bakıda “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) layihəsi çərçivəsində keçirilən “Bizim ailəmiz Türk dünyasıdır” adlı yekun tədbirdə deyib.
Onun sözlərinə görə, Türk dünyasının ortaq birliyi bu coğrafi məkana daxil olan ölkələri bir çox sahədə ön plana çıxaracaq:
“Türk dünyasının gələcəyinin uğurlu inşası üçün keçmişdən gələn bağları gücləndirmək lazımdır. Eyni zamanda, ortaq problemlərimizə də birlikdə həll yolu tapmalıyıq. Türk dünyası birlikdə güclüdür, bunu unutmaq olmaz. Türk dünyası birlik olarsa, bir çox sahədə inkişaf mümkündür. Bir sözlə, doğru addımlar atılarsa, türk dünyası təkcə mədəni sahədə deyil, iqtisadi, siyasi istiqamətdə də güclənə bilər”.