GÜNƏŞDƏ GÜCLÜ PARTLAYIŞ BAŞ VERİB

0

Alimlər bu gün Günəşdə “M” sinifli alışma qeydə alıblar.

“Report” xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“Avqustun 22-də Bakı vaxtı ilə saat 22:51-də rentgen diapazonunda 72 dəqiqə davam edən “M1.7” (S18E87) məşəli qeydə alınıb”, – alimlər bildiriblər. Eyni zamanda, proqnozlara əsasən, avqustun 23-də maqnit sahəsinin sakit keçəcəyi gözlənilir.

Günəş alovları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti Zəngəzur dəhlizinin açarı olacaq

Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti Zəngəzur dəhlizinin açarı olacaq. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri...

Bağla